Azərbaycan U-19 millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində son matçını keçirib.
İdman.biz xəbər verir ki, yığmamız meydan sahibləri ilə heç-heçə oynayıb.
Tiraspol şəhərindəki “Şerif” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində 87-ci dəqiqədə Nihad Əhmədzadə fərqlənib.
Qeyd edək ki, U-19 turnirin ilk iki matçında Qazaxıstan (U-19) yığmasına qalib gəlib (2:0), Türkiyə (U-20) millisinə isə uduzub (0:5).
İdman.biz