“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, o, DÇ-2026-nın Uqanda ilə seçmə matçında sonradan meydana çıxıb.
Benzia 69-cu dəqiqədə Benrahmanı əvəzləyib. Qarşılaşma Əlcəzair millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Yaşıllar” 4 turdan sonra 9 xalla qrupda lider mövqeyində qərarlaşıblar.
Qeyd edək ki, Yassinin komandası iyunun 6-da öz meydanında Qvineyaya uduzub (1:2).
İdman.biz