“Belə gərgin mübarizənin olacağını gözləyirdik”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia deyib.
O, DÇ-2026-nın Uqanda ilə seçmə oyunundan sonra matç barədə fikirlərini bildirib: “Oyunun əvvəlinin çətin olacağını bilirdik. Buna baxmayaraq, istəyimizə çata bildik. Komandamız birliyini sonadək qorumağı bacardı. Əlimizə düşən imkanlardan yararlanmaqla oyunda dönüş yaratdıq”.
Qeyd edək ki, Benzianın 69-cu dəqiqədə meydana daxil olduğu matçda erkən qol buraxan Əlcəzair millisi ikinci hissədə 2 dəfə fərqlənməklə əzmkar qələbə qazanıb – 2:1.
İdman.biz