Andrey Lunyov qərarını verib

Xəbərlər
12 İyun 2024 10:21
847
Andrey Lunyov qərarını verib

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov gələcək karyerası ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, 32 yaşlı rusiyalı qolkiper karyerasını vətənində davam etdirəcək.

Andrey Moskva “Dinamo”suna keçməyə razılaşıb. O, yeni klubuna azad agent kimi qoşulacaq.

Lunyov yaxın günlərdə tibbi müayinədən keçməlidir. O, klubla 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Lunyov “Qarabağ”da oynadığı 2023/24 mövsümündə ölkə çempionu və kubokunun qalibi olub.

İdman.biz