Əfran İsmayılov: “Toral Bayramovun nə millidə, nə də “Qarabağ”da oyununu bəyənmirəm” - VİDEO

Müsahibə
12 İyun 2024 15:03
937
Əfran İsmayılov: “Toral Bayramovun nə millidə, nə də “Qarabağ”da oyununu bəyənmirəm” - VİDEO

“Qarabağ”ın oyun sistemi, orda olan oyunçular başqadır”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, millimizin Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdiyi oyunu şərh edib. İsmayılov bildirib ki, “Qarabağ”ın bəzi futbolçuları özlərini yaxşı tərəfdən göstərməyiblər: “Azərbaycan çempionu elə bir keyfiyyətli komandadır ki, hamı bir-birini tamamlayır. Necə oynayacaqlarını bilirlər. Milli komandada isə çətindir. Hamı fərqli klublardan gəlir. Albaniyaya, Qazaxıstana qarşı oynayırsan. Çətinliklər olur. Bu, başadüşüləndir. Açığı, mən Toral Bayramovun nə millidə, nə də “Qarabağ”da oyununu bəyənmirəm”.

Sabiq “Qarabağ”lı Qazaxıstana qarşı matçda özünü yaxşı tərəfdən göstərən futbolçuların adlarını da açıqlayıb: “Bir çoxlar formalarından uzaqdır. Onların oynadıqları klublarda daim heyətdə yer almamaları buna gətirib çıxardır. Amma nə olursa-olsun hər zaman fikirləşmişəm ki, milli komandada peşəkarlıq önə çıxır. Bayraq, himn naminə çıxıb əlindən gələni ortaya qoyursan. Mahir Emreli və Ramil Şeydayev formada olmasalar da, xarakter göstərdilər və savaşdılar. Hesabın 3:2 olmasında əsas pay sahibi onlar idi”.

Qeyd edək ki, Qazaxıstanla görüşdə millimiz 0:2 hesabı ilə geri düşsə də, yekunda 3:2 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz