AVRO-2024-ün açılış matçını idarə edəcək hakimlər bəlli olub.
İdman.biz xəbər verir ki, ev sahibi Almaniyanın Şotlandiya ilə qarşılaşması fransalı baş hakim Kleman Tyurpenə həvalə edilib.
Ona Nikolya Dano və Benjamin Paje köməklik edəcəklər. VAR-a rəhbərlik isə Jerom Brisara tapşırılıb.
Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də saat 23:00-da start götürəcək.
İdman.biz