“Şamaxı” Ayxan Abbasovun təyinatını açıqlayıb

Xəbərlər
13 İyun 2024 10:52
171
“Şamaxı” Ayxan Abbasovun təyinatını açıqlayıb

“Şamaxı” Ayxan Abbasovun təyinatını açıqlayıb.

İdman.biz xəbər verir ki, “Turan Tovuz”dan ayrılan mütəxəssis yenidən Premyer Liqaya qayıdan bölgə təmsilçisi ilə müqaviləni rəsmiləşdirib.

Müqavilənin detalları hələlik açıqlanmayıb. O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Abbasov “Turan Tovuz”la yanaşı, “Zirə” və “Sumqayıt”ın da baş məşqçisi olub.

İdman.biz