“Sabah” Davit Volkovla vidalaşıb

Xəbərlər
13 İyun 2024 14:26
267
“Sabah” Davit Volkovla vidalaşıb

“Sabah” hücumçu Davit Volkovla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Volkov ötən mövsümdə Premyer Liqanın 28 oyununda 6 qol vurub.

İdman.biz