FİFA reytinqi açıqlanıb: Azərbaycan 1 pillə irəliləyib

Xəbərlər
14 İyun 2024 11:57
466
FİFA reytinqi açıqlanıb: Azərbaycan 1 pillə irəliləyib

FİFA qadın futbolçulardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi 75-ci yerdə qərarlaşıb.

Yığmamızın hesabında 1321,84 xal var. Siyasət Əsgərovun yetirmələri ötən reytinqlə müqayisədə 1 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ 2099,89 xalla İspaniya başçılıq edir.

İdman.biz