AFFA ömürlük cəzalandırılanlarla bağlı qərarı dəyişməyib

Xəbərlər
14 İyun 2024 16:03
527
AFFA ömürlük cəzalandırılanlarla bağlı qərarı dəyişməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda "İrəvan"ın sabiq futbolçusu Fəhmin Muradbəylinin şikayətinə baxılıb. Onun apelyasiya müraciəti təmin edilməyib.

O, danışılmış oyunlarda iştirakına görə ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsindən şikayət edib. Tribunal bu qərarın dəyişdirilmədən qüvvədə qalmasına qərar verib.

Tribunal "Azərbaycan Qartalları" uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənovun apelyasiya şikayətini də təmin etməyib. Onun da eyni səbəbdən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi qərarı qüvvədə saxlanılıb.

İdman.biz

Məqalədə: