“Qarabağ” kimə şərik çıxıb?

Xəbərlər
18 İyun 2024 15:33
2 310
“Qarabağ” kimə şərik çıxıb?

Bu gün keçiriləcək avrokubokların I təsnifat mərhələsinin püşkatması ilə 2024/25 mövsümünün həyəcanı start götürəcək.

İdman.biz xəbər verir ki, yeni mövsüm ərəfəsində klubların UEFA-nın reytinq cədvəlindəki mövqeləri bəlli olub.

Azərbaycanın 7 klubu siyahıda yer alıb. Ölkə çempionu “Qarabağ” 31,500 xalla Avropada 54-cü yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Yanq Boyz” və “Ferensvaroş”la eyni göstəriciyə malikdir.

“Neftçi” 8,000 xalla 158-165-ci, “Sumqayıt” 4,000 xalla 290-301-ci, “Sabah” 3,500 xalla 307-317-ci yerləri bölüşür. Digər üç komandamız – “Zirə”, “Qəbələ” və “Şamaxı” 3,350 xalla 327-329-cu pillələrdə yer alıb.

Qeyd edək ki, siyahıda “Mançester Siti” (129,000), “Real” (125,000) və “Bavariya” (114,000) başçılıq edirlər.

İdman.biz

Məqalədə: