Adil Nağıyev: “Məni orda görmək istəmirdilər, bu, çoxunda narahatlıq yaradırdı”

Müsahibə
18 İyun 2024 15:50
488
Adil Nağıyev: “Məni orda görmək istəmirdilər, bu, çoxunda narahatlıq yaradırdı”

“Şamaxı”nın təklifini çox bəyəndim”.

Bunu İdman.bizə “Şamaxı”nın yeni transferi Adil Nağıyev deyib.

“Səbail”in sabiq kapitanı komandasını dəyişməsinə münasibət bildirib. Onun sözlərinə görə, Bakı təmsilçisindən ayrılma səbəbi heç də büdcənin azaldılması deyil: “Bu keçiddə maddiyat rol oynamadı. Məni orda görmək istəmirdilər, bu, çoxunda narahatlıq yaradırdı. O səbəbdən də qarşılıqlı şəkildə ayrılmağa qərar verdik”.

Nağıyev yeni klubunda hədəfini də açıqlayıb: “Komandaya yaxşı yerlərdə olmağa kömək etmək üçün gəlmişəm. Ayxan Abbasovun da bölgə təmsilçisinə baş məşqçi təyin olunması çox sevindirdi. Hər kəs inanır ki, o komandanı yaxşı yerlərə gətirəcək”.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi ötən mövsüm “dənizçilər”in heyətində 17 oyuna çıxıb. O, bu matçlarda 1 assistlə yadda qalıb.

Emin Ağa
İdman.biz

Məqalədə: