Azərbaycan – Moldova – 6:5 - TƏHLİL

Təhlil
18 İyun 2024 17:54
2 955
Azərbaycan – Moldova – 6:5 - TƏHLİL

Avropa Liqasının I təsnifat mərhələsinin bu gün keçirilən püşkü "Zirə"ni "Şerif"lə üz-üzə qoyub.

İdman.biz xəbər verir ki, həm Tiraspol klubu, həm də Moldova təmsilçiləri Azərbaycan futbolu üçün tanış rəqiblərdir.

Klublarımız Avropa səhnəsinə 1994-cü ildə çıxsalar da, bu ölkə klubları ilə ilk duel 11 il sonra baş tutub. "Xəzər Lənkəran" "Nistru" önündə aciz qalıb.

Üzun illər Moldova klubları Azərbaycan üçün kabus olub. Ardıcıl 5 dueldə mərhələni rəqib adlayıb.

Amma sonradan hər şey dəyişib. Klublarımız ardıcıl 6 dəfə moldovalıların dizini yerə vurub.

Elə "Şerif"in özü üç dəfə "ağ bayraq" qaldırıb. Tiraspol klubunun qənimi "Qarabağ" olub.

Bu üç dueldən ikisində Ağdam klubunda forma geyinən Rəşad Sadıqov indi "Zirə"nin baş məşqçisi kimi "Şerif"ə rəqib olacaq.

Klublarmız 11 dueldə 6:5-lik üstünlük qazanıb. Bu duellərdə 21 matç baş tutub. Çünki 2021/22 mövsümündə təsnifat mərhələləri bir oyundan ibarət olub.

21 matçda Azərbaycan klubları 9 qələbə qazanıblar. 7 heç-heçə edən təmsilçilərimiz 5 dəfə uduzublar. Top fərqində üstünlük daha böyükdür – 31-19. Amma bu, əsasən üç darmadağın hesabına mümkün olub. "Qarabağ" "Şerif"i üç, "Neftçi" iki dəfə "Speranta"nı ümumilikdə 9 qol fərqi ilə darmadağın edib.

2005/06 mövsümü, UEFA kuboku
"Nistru" – "Xəzər Lənkəran" – 3:1, 2:1

2006/07 mövsümü, İntertoto kuboku
"MKT-Araz" – "Tiraspol" – 1:0, 0:2

2006/07 mövsümü, UEFA kuboku
"Zimbru" – "Qarabağ" – 1:1, 2:1, ə.v.

2007/08 mövsümü, İntertoto kuboku
"Bakı" – "Daçiya" – 1:1, 1:1, p. 1:3

2010/11 mövsümü, Avropa Liqası
"Olimpiya" – "Xəzər Lənkəran" – 0:0, 1:1

2014/15 mövsümü, Avropa Liqası
"Tiraspol" – "İnter" – 2:3, 1:3

2016/17 mövsümü, Avropa Liqası
"Kəpəz" – "Daçiya" – 0:0, 1:0

2017/18 mövsümü, Çempionlar Liqası
"Qarabağ" – "Şerif" – 0:0, 2:1

2018/19 mövsümü, Avropa Liqası
"Şerif" – "Qarabağ" – 1:0. 0:3

2019/20 mövsümü, Avropa Liqası
"Speranta" – "Neftçi" – 0:3, 0:6

2020/21 mövsümü, Çempionlar Liqası
"Qarabağ" – "Şerif" – 2:1

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: