“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Xəbərlər
19 İyun 2024 14:15
941
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olub

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk görüşləri iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mövsümə səfərdə başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsi iyulun 9-10-da və 16-17-də baş tutacaq.

***

10:38

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb.

İdman.biz xəbər verir ki, “Qarabağ” 3-cü qrupda yer alıb.

Azərbaycan çempionu səpələnmişlər sırasındadır. Təmsilçimizi 4 mümkün variant gözləyir. Bunlardan üçü cüt, biri isə Polşa “Yagelloniya”sidir.

“Flora” – “Selye” cütünün qalibi
“Virtus” – “Styaua” cütünün qalibi
“Hamrun” – “Linkoln” cütünün qalibi
“Yagellonya”

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

***

09:44

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki Futbol Evində baş tutacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. "Qarabağ" püşkdə səpələnmişlər siyahısında yer alacaq.

II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də keçiriləcək. Cavab oyunları ayın 30-31-də keçiriləcək.

Səpələnmişlər
PAOK
"Makkabi" TƏ
"Ferensvaroş"
"Qarabağ"
"Slovan" – "Struqa" cütünün qalibi
"Bodo Qlmt"
"Lüdororets" – "Dinamo" Bt cütünün qalibi
"Midtulland"
"Sparta"
"Malmö"
APOEL
"Panevejis" – HİK cütünün qalibi

Səpələnməmişlər
TNS – "Deçiç" cütünün qalibi
"Borats" – "Eqnatiya" cütünün qalibi
"Hamrun" – "Linkoln" cütünün qalibi
"Balkani" – "Santa Koloma" cütünün qalibi
"Flora" – "Selye" cütünün qalibi
"Klaksvik" – "Differdanj" cütünün qalibi
RFŞ – "Larne" cütünün qalibi
"Vikinqur" – "Şemrok Rovers" cütünün qalibi
"Virtus" – "Styaua" cütünün qalibi
"Ordabası" – "Petrokub" cütünün qalibi
"Dinamo" Mn – "Pünik" cütünün qalibi
"Yagellonya"

Qeyd edək ki, I təsnifat mərhələsinin matçları iyulun 9-10-da və 16-17-də keçiriləcək.

İdman.biz

Məqalədə: