Avropa Liqası: “Zirə”nin potensial rəqibi müəyyənləşib

Xəbərlər
19 İyun 2024 15:12
710
Avropa Liqası: “Zirə”nin potensial rəqibi müəyyənləşib

“Zirə”nin Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, I təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq Rəşad Sadıqovun yetirmələri Moldova klubunu keçsə, “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

Bu raundun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək. “Şerif” – “Zirə” cütünün qalibi ilk matça evdə çıxacaq.

Qeyd edək ki, “Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.

***

10:43

Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb.

İdman.biz xəbər verir ki, “Zirə”nin Moldova “Şerif”i ilə təşkil etdiyi cüt 2-ci qrupda yer alıb.

Azərbaycan vtise-çempionunun cütü səpələnmişlər sırasındadır. Təmsilçimizi 4 mümkün variant gözləyir. Bunlardan ikisi cüt, ikisi isə ilk raunddan azad olan klublardır.

“Panatinaikos”
“Makkabi” PT
“Elfsborq” – “Pafos” cütünün qalibi
“Paksi” – “Korvinul” cütünün qalibi

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

***

10:27

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Zirə"nin də mümkün rəqibi bəlli olacaq.

Bakı klubunun Moldova "Şerif"i ilə təşkil etdiyi cütün qalibinin növbəti raundda qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki Futbol Evində bəlli olacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Səpələnmişlər
"Ayaks"
"Molde"
"Braqa"
"Şerif" – "Zirə" cütünün qalibi
"Rapid" V
"Riyeka"
"Trabzonspor"
"Serkl Brügge"
"Botev" – "Maribor" cütünün qalibi

Səpələnməmişlər
"Kilmarnok"
"Panatinaikos"
"Makkabi" PT
"Silkeborq"
"Voyvodina"
"Elfsborq" – "Pafos" cütünün qalibi
"Paksi" – "Korvinul" cütünün qalibi
"Llapi" – "Visla" K cütünün qalibi
"Rujomberok" – "Tobol" cütünün qalibi

Qeyd edək ki, I təsnifat mərhələnin oyunları iyulun 11-də və 18-də, II raundun matçları 25-də və avqustun 1-də keçiriləcək.

İdman.biz

Məqalədə: