“Bavariya” Tuxellə razılığa gəlib

Xəbərlər
19 İyun 2024 13:35
146
“Bavariya” Tuxellə razılığa gəlib

"Bavariya" yollarını ayırdığı sabiq baş məşqçisi Tomas Tuxellə kompensasiyanın məbləğini razılaşdırıb.

İdman.biz xəbər verir ki, mövsüm başa çatan kimi Almaniya klubundan ayrılan mütəxəssis 10 milyon avro alacaq.

Lakin bu məbləğin tam ödənilməsi üçün Tuxel 2025-ci ilin yayına qədər işsiz qalmalıdır. Əgər baş məşqçi "Bavariya" ilə anlaşması başa çatana qədər iş taparsa, kompensasiyanın məbləği azalacaq. Bu azalma onun müqaviləsinin bitməsinə qalan müddətdən asılıdır.

Qeyd edək ki, Tuxellə "Bavariya" arasında müqavilə 2025-ci il iyunun 30-da başa çatacaq.

İdman.biz

Məqalədə: