"İsrailin əsas komandası Təl-Əviv "Makkabi"sidir. Düşünürəm ki, "Sabah" bu rəqibi keçmək gücündədir".
Bunu İdman.bizə veteran futbolçu Təbriz Həsənov deyib.
O, Konfrans Liqasında II təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O bildirib ki, "Sabah" Hayfa "Makkabi”sini (İsrail) keçmək gücündədir: "Demirəm asan olacaq. Çünki İsrail futbolu ən yaxşı vaxtlarını yaşayır. Buna baxmayaraq, üstün tərəf "Sabah"dır".
Həsənov "Qarabağ"ın heyətində bu klub üzərində qələbəni də xatırlayıb: "1999-cu ildə Hayfa “Makkabi”sini məğlub edərək, ilk dəfə mərhələ adladıq. İnanıram ki, "Sabah" da bunu bacaracaq".
Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.
Emin Ağa
İdman.biz