37 ayın rekordu

Xəbərlər
20 İyun 2024 12:42
611
37 ayın rekordu

Azərbaycan millisi FİFA reytinqində son 37 ayın ən yaxşı nəticəsinə imza atıb.

İdman.biz xəbər verir ki, bu gün açıqlanan cədvəldə 111-ci olan yığmamız sonuncu dəfə 2021-ci ilin mayında daha yüksək pillədə qərarlaşıb.

Həmin vaxt komandamız 110-cu olub. Sonrakı 3 il 1 ay ərzində isə millimiz 112-129-cu yerlərdə var-gəl edib.

2021-ci il
May - 110
Avqust - 112
Sentyabr - 117
Oktyabr - 119
Noyabr - 120
Dekabr - 120

2022-ci il
Fevral - 121
Mart - 129
İyun - 128
Avqust - 128
Oktyabr - 123
Dekabr - 121

2023-cü il
Aprel - 124
İyun - 121
İyul - 121
Sentyabr - 121
Oktyabr - 120
Noyabr - 114
Dekabr - 114

2024-cü il
Fevral - 113
Mart - 113
Aprel – 112
İyun – 111

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: