“Şamaxı”da tanış sima - VİDEO

Xəbərlər
20 İyun 2024 17:45
342
“Şamaxı”da tanış sima - VİDEO

Heyətini gücləndirməyə davam edən “Şamaxı” Giorgi Kantariya ilə müqaviləni rəsmiləşdirəcək.

Bunu “İdman Bizdə”nin qonağı olan klubun baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, özünü “Kəpəz”də sübut edən 27 yaşlı gürcüstanlı futbolçu ilə danışıqlar başa çatmaq üzrədir: “O, “Şamaxı” üçün faydalı olacağını deyib. Çox güman ki, Kantariya yeni mövsümdə komandamızda olacaq. Təcrübəli futbolçudur. “Kəpəz”də çox yaxşı mövsüm keçirib”.

Qeyd edək ki, Kantariya 2022/23 mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Onun son klubu Livanın “Nejmeh” klubu olub.

Emin Ağa
İdman.biz