Lionel Messi üçün SON

Xəbərlər
21 İyun 2024 16:22
3 345
Lionel Messi üçün SON

ABŞ-da keçirilən Amerika kuboku Lionel Messi üçün sonuncu olacaq.

İdman.biz xəbər verir ki, bunu argentinalı ulduzun özü açıqlayıb.

36 yaşlı futbolçu bildirib ki, bu turnirdə sonuncu dəfə çıxış etdiyindən millisinin çempion olmasını istəyir: “Bundan sonra Amerika kubokunda oynamayacam. Yenidən qalib gəlməyə çalışacağıq. Növbəti dünya çempionatına gəlincə, hər şey gedişatdan asılıdır. Biz addım-addım hərəkət etməliyik. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, Argentina Amerika kubokunun qrup mərhələsinin ilk oyununda Kanadanı 2:0 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: