Şahruddin “Adana Dəmirspor”la müqaviləni birtərəfli pozub

Xəbərlər
22 İyun 2024 21:08
674
Şahruddin “Adana Dəmirspor”la müqaviləni birtərəfli pozub

Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqa təmsilçisi “Adana Dəmirspor”u tərk edib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı müqaviləni birtrərəfli pozub.

Bu barədə Türkiyə mətbuatında məlumat yer alıb. Şahruddin komanda ilə müqaviləni pozan 4-cü futbolçu olub. Ondan əvvəl Yusuf Erdoğan, Dorukhan Tokoz və Mustafa Kapı klubla yollarını ayırıb.

Qeyd edək ki, ötən ilin yayında”Adana Demirspor”a keçən Məhəmmədəliyev 25 oyunda qapısından 40 top buraxıb.

İdman.biz