“Turan Tovuz”da yeni futbolçu

Xəbərlər
24 İyun 2024 17:15
408
“Turan Tovuz”da yeni futbolçu

“Turan Tovuz” heyətini gücləndirməyə davam edir.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Tural Bayramlını rənglərinə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi növbəti 2 mövsümdə “Turan Tovuz”un şərəfini qoruyacaq.

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.

İdman.biz