Fabio Luis Ramim: “Azərbaycan millisində problem məşqçidə deyil, futbolçulardadır”

Müsahibə
24 İyun 2024 19:19
1 069
Fabio Luis Ramim: “Azərbaycan millisində problem məşqçidə deyil, futbolçulardadır”

"Azərbaycan çempionatının bəzi oyunlarına baxıram. "Qarabağ" digər klublardan qat-qat üstündür".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib.

43 yaşlı braziliyalı mütəxəssis Azərbaycan millisinə Fernandu Santuşun baş məşqçi təyin olunmasına münasibət bildirib: "Fernandu Santuş çox təcrübəli məşqçidir. Məncə, problem məşqçidə deyil, futbolçulardadır. Güclü liqalarda top qovan oyunçularımız yoxdur. İşi bu çətinləşdirir. Ümid edirəm ki, o yaxşı iş görə bilər".

Qeyd edək ki, Fernandu Santuşun Azərbaycan millisində müqaviləsi "3+1"dir.

Emin Ağa
İdman.biz