Transfer çalışmalarını davam etdirən “Sabah” sabiq futbolçusu Coy-Lens Mikelsi geri qaytarıb.
İdman.biz xəbər verir ki, almaniyalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb.
O, komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, Mikels 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb. Bakı təmsilçisində 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi.
İdman.biz