Premyer Liqa klubuna 6 milyon kompensasiya

Xəbərlər
25 İyun 2024 18:14
725
Premyer Liqa klubuna 6 milyon kompensasiya

İngiltərənin “Brayton” klubunun baş məşqçisi Roberto De Dzerbi üçün alacağı kompensasiya bəlli olub.

İdman.biz xəbər verir ki, Fransa “Marsel”i mütəxəssis üçün 6 milyon avro ödəyəcək.

O, yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. De Dzerbi 2022-ci ilin sentyabrından Premyer Liqa təmsilçisinə rəhbərlik edib.

Qeyd edək ki, “Brayton” ötən mövsümü 11-ci yerdə başa vurub.

İdman.biz