“Turan Tovuz”da rusiyalı qapıçı

Xəbərlər
26 İyun 2024 11:42
511
“Turan Tovuz”da rusiyalı qapıçı

“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Qərb təmsilçisi Sergey Samoku heyətinə qatıb. Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son klubu “Kamaz” olan 23 yaşlı əlcək sahibi bunadək “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.

İdman.biz

Məqalədə: