“Qəbələ”dən ikinci transfer

Xəbərlər
26 İyun 2024 14:07
428
“Qəbələ”dən ikinci transfer

“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” Urfan İsmayılovu heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.

Qeyd edək ki, “Qəbələ” Urfana qədər müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.

İdman.biz

Məqalədə: