“Qəbələ”də yeni qapıçı

Xəbərlər
26 İyun 2024 17:01
569
“Qəbələ”də yeni qapıçı

Transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.

İdman.biz xəbər verir ki, klubun futbol akademiyasının yetirməsi Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək.

22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/24 mövsümündə “Zaqatala”da çıxış edib.

O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

İdman.biz

Məqalədə: