60 milyonluq transfer

Xəbərlər
26 İyun 2024 17:56
427
60 milyonluq transfer

“Bavariya” Maykl Oliseni transfer edir.

İdman.biz xəbər verir ki, 22 yaşlı vinger tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Olisenin anlaşması 2029-cu ilə qədər nəzərdə tutulub. Almaniya klubu transfer üçün “Kristal Pelas”a 60 milyon avro ödəyəcək.

Qeyd edək ki, futbolçu “Çelsi” və “Mançester Yunayted”in də hədəfində olsa da, Münhen klubuna üstünlük verib.

İdman.biz

Məqalədə: