Şahruddindən vida paylaşımı - FOTO

Xəbərlər
26 İyun 2024 22:19
188
Şahruddindən vida paylaşımı - FOTO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev "Adana Dəmirsporla" vidalaşıb.

İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Məhəmmədəliyev sabiq komandasına təşəkkür edib: "Hər şey üçün təşəkkürlər Adana!". Şahruddin bir neçə gün öncə Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor"la müqaviləni birtrərəfli qaydada pozub.

Qeyd edək ki, ötən ilin yayında"Adana Demirspor"a keçən Məhəmmədəliyev 25 oyunda qapısından 40 top buraxıb.

İdman.biz