Xorvatiya millisinin sabiq futbolçusu “Sabah”da - FOTO - VİDEO

Xəbərlər
27 İyun 2024 14:07
470
Xorvatiya millisinin sabiq futbolçusu “Sabah”da - FOTO - VİDEO

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millisinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, İvan komandada 13 nömrəli formada çıxış edəcək.

İdman.biz

Məqalədə: