Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb - AZƏRBAYCANA QAYITMAYACAQ

Xəbərlər
27 İyun 2024 14:45
529
Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb - AZƏRBAYCANA QAYITMAYACAQ

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Ümraniyəspor”dan ayrılıb.

Bu barədə İdman.bizə futbolçunun atası, “Səbail”in baş məşqçisi Şahin Diniyev məlumat verib.

Təcrübəli mütəxəssis azad agent statusu daşıyacaq oğlunun Azərbaycana qayıtmayacağını deyib: “Coşqun yenə ölkə xaricində oynayacaq. Azad agent statusu aldıqdan sonra menecerləri ilə məsləhətləşərək ən düzgün seçimi edəcək”.

Qeyd edək ki, Diniyev Türkiyə I Liqası təmsilçisi “Ümraniyəspor”a ötən mövsüm transfer olunmuşdu. O, Polşa, Cənubi Koreya və Türkiyənin 2 klubunun maraq dairəsindədir.

Emin Ağa
İdman.biz