“Turan Tovuz”da 28 yaşlı məşqçi

Xəbərlər
27 İyun 2024 15:15
116
“Turan Tovuz”da 28 yaşlı məşqçi

Maxaçqala “Dinamo”sunun qapıçılarla işləyən məşqçisi Yevgeni Şetinen fəaliyyətini “Turan Tovuz”da davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

28 yaşlı məşqçi Maxaçqala klubunda ötən mövsümün əvvəlindən çalışıb. Klub Yevgeniyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Turan Tovuz”a yeni mövsümdən son iş yeri Maxaçqala “Dinamo”su olan Kurban Berdiyev baş məşqçilik edəcək.

İdman.biz