Təmsilçimizin avrokubok oyunlarına təyinatlar açıqlanıb

Xəbərlər
27 İyun 2024 15:38
254
Təmsilçimizin avrokubok oyunlarına təyinatlar açıqlanıb

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının oyunlarının hakimlər briqadası bəlli olub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Təmsilçimizin avrokubokun ilkin mərhələsinin B qrupunda Gürcüstanın “Football School Bridge” və İsveçin “Qothenburq” komandaları ilə keçirəcəyi görüşləri Monteneqro və Moldovadan olan hakimlər idarə edəcək. Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

28 iyun
19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim:
Miloş Boşkoviç (Monteneqro)
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)
Dördüncü hakim: Robertas Valikonis (Litva)

1 iyul
19:00. “Şimal” – “Qothenburq”
Baş hakim:
Dumitri Muntean (Moldova)
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)

İdman.biz

Məqalədə: