“Zirə”nin rəqibi millinin futbolçusu ilə güclənib

Xəbərlər
27 İyun 2024 17:36
96
“Zirə”nin rəqibi millinin futbolçusu ilə güclənib

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” Moldova millisinin futbolçusu Vadim Paireli heyətinə qatıb.

İdman.biz xəbər verir ki, o, ölkəsinin digər klubu “Milsami”dən transfer olunub.

Tiraspol təmsilçisinin yetirməsi olan Pairel Moldova millisinin bütün yaş qruplarının formasını geyinib. O, əsas yığmada 5 oyuna çıxıb.

Qeyd edək ki, “Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab qarşılaşması ayın 18-də Bakıda baş tutacaq.

İdman.biz

Məqalədə: