"Kəpəz" mövsümə start verir

Xəbərlər
27 İyun 2024 22:50
67
"Kəpəz" mövsümə start verir

"Kəpəz"in 2024/2025 mövsümü üçün hazırlıq planı bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda iyunun 29-da Gəncədə çalışmalara start verəcək. Hazırlıq prosesi bir neçə mərhələdən ibarət olacaq. "Kəpəz" fiziki və texniki-taktiki məşqlər keçəcək.

Gəncə təmsilçisi toplanış çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Kəpəz" 2023/2024 mövsümünü 8-ci pillədə başa vurub.

İdman.biz