Qurban Qurbanov Luçano Spallettidən öndə - SİYAHI

Xəbərlər
28 İyun 2024 10:18
1 157
Qurban Qurbanov Luçano Spallettidən öndə - SİYAHI

Azərbaycan klubları üçün avrokubok mövsümünün startına 13 gün qalıb.

İdman.biz xəbər verir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq yeganə təmsilçimiz “Zirə” Avropa Liqasında ilk matçına iyulun 11-də çıxacaq.

Əvvəl UEFA kuboku adlanan turnirin startı ərəfəsində baş məşqçi kimi ən çox oyuna çıxanların siyahısı açıqlanıb. Cədvəldə təsnifat mərhələləri nəzərə alınmayıb. İndiyədək yalnız 24 mütəxəssis ən azı 50 qarşılaşmada iştirak edib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da cədvəldə yer alıb. O, Ağdam klubunu 52 görüşə çıxarıb. 52 yaşlı mütəxəssis Avropa Liqasında 21-ci göstəriciyə malikdir. Onun qabaqladığı baş məşqçilər arasında hazırda İtaliya millisinə rəhbərlik edən Luçano Spalletti də var.

1. Unai Emeri - 102
2. Covanni Trapattoni – 98
3. Yupp Haynkes – 87
4. Jorje Jezus – 80
5. Hub Stivens – 78
6. Mirça Luçesku – 73
7. Dik Advokat – 72
8. Cim Maklin – 68
9-10. Xuande Ramos - 66
Gi Ru – 66
11. Bobbi Robson – 64
12. Ernesto Valverde - 63
13. Miron Markeviç – 61
14. Joze Mourinyo – 60
15. Hans Meyer – 59
16. Rafael Benites – 58
17. Stole Solbakken – 57
18. Ernst Happel – 56
19. Roy Hocson – 55
20. Otto Rehagel – 54
21. Qurban Qurbanov – 52
22-23. Tomas Şaaf – 51
Stiv Maklaren – 51
24. Luçano Spalletti – 50

İdman.biz