“Çelsi” Lukakuya qiymət qoyub

Xəbərlər
28 İyun 2024 20:16
163
“Çelsi” Lukakuya qiymət qoyub

“Çelsi” Romelu Lukakunu 37 milyon funtdan aşağı satmayacaq.

İdman.biz xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Belçika yığmasının hücumçusu ilə “Milan” və “Napoli” maraqlanır. Son mövsümü icarə əsasında “Roma”da keçirən Lukaku böyük ehtimalla yenə də karyerasını İtaliyada davam etdirəcək. Milan klubunun yeni baş məşqçisi Paulu Fonseka Romelunun ən pis halda icarəyə götürülməsində maraqlıdır.

Qeyd edək ki, 31 yaşlı forvard 2023/2024 mövsümündə A Seriyasında 32 oyunda 13 qol vurub, 3 ötürmə edib.

İdman.biz