Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyənin “Manisa” klubunu tərk edib.
İdman.biz xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
Sertan 1-ci Liqa təmsilçisinə bu ilin yanvarında qoşulmuşdu. O, meydana çıxdığı 15 oyunda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Taşkın ölkəmizdə “İnter”, “Keşlə”, “Sumqayıt”, “Zirə” və “Turan Tovuz” klublarında çıxış edib.
İdman.biz