“Sabah” Türkiyədə çempion olub - FOTO

Xəbərlər
28 İyun 2024 22:08
68
“Sabah” Türkiyədə çempion olub - FOTO

“Sabah” U-12 komandası Türkiyənin Rize şəhərində keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində çempion olub.

İdman.biz xəbər verir ki, futbolçularımızın ilkin qrup mərhələsini maksimum nəticə ilə başa vurublar.

"Sabah" “Trabzonspor”u 2:1, Estoniya “Nomme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu isə (Batumi) 4:0 hesabı ilə məğlub edib. "Gold group" vəsiqə qazanan təmsilçimiz yerli “Çaykur Rizespor”una 3:0, “Nomme United”ə isə bu dəfə 2:0 hesabı ilə qalib gəlib. Yalnız yerli “Samsunspor”a 0:2 hesabı ilə uduzan "Sabah" 1-ci pilləyə sahib çıxıb.

“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.

Rize Cup
Yigit Demirel Beynəlxalq Futbol Turniri
Qrup mərhələsi
Sabah – Trabzonspor (Türkiyə) - 2:1

Qollar: Rəvan Rüstəmov, Hüseyn Musayev.
Sabah – Nömme United (Estoniya) - 3:0
Qollar: Yusif Ağayev (2), Hüseyn Musayev.
Sabah – Dinamo (Batumi, Gürcüstan) - 4:0
Qollar: Eldar Hüseynov, Hüseyn Musayev, Hüseyn Abdullazadə, Yusif İbrahimli.

Gold group
Çaykur Rizespor (Türkiyə) – Sabah - 0:3

Qollar: Rəvan Rüstəmov, Camal Əkbərli, Eldar Hüseynov.
Sabah – Nömme United (Estoniya) - 2:0
Qollar: Yusif Ağayev, Hüseyn Musayev.
Samsunspor (Türkiyə) – Sabah - 2:0

İdman.biz