Argentina baş məşqçisiz qalıb: Bir oyunluq

Xəbərlər
29 İyun 2024 12:00
66
Argentina baş məşqçisiz qalıb: Bir oyunluq

Argentina millisinin baş məşqçisi Lionel Skaloni cəzalandırılıb.

İdman.biz xəbər verir ki, mütəxəssis Amerika kubokunun III turunu buraxmalı olacaq.

Skaloni Çili ilə II turun görüşü zamanı ikinci hissəyə gecikdiyi üçün bir matçlıq diskvalifikasiya edilib. Bu üzdən baş məşqçi Peru ilə qarşılaşmanı buraxacaq.

Skaloni 15 min dollar cərimə də ödəməlidir. Çilinin baş məşqçisi Rikardo Qareka da həmin matçda fasilədən gec qayıdıb. O, rəqib məşqçi ilə eyni cəza alıb.

Qeyd edək ki, Argentina Çiliyə 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: