“Turan Tovuz”da iki müqavilə

Xəbərlər
29 İyun 2024 12:41
84
“Turan Tovuz”da iki müqavilə

"Turan Tovuz" iki futbolçusu ilə müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Moldova millisinin də şərəfini qoruyan Denis Marandiçi daha 2 il "Turan Tovuz"da forma geyinəcək. Eltun Turabovun yeni müqaviləsi isə 1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, moldovalı müdafiəçi ötən mövsüm Premyer Liqada 32 oyunda 1 qol vurub. Eltun isə şans qazanmayıb.

İdman.biz

Məqalədə: