Argentinalı dünya çempionuna QADAĞA

Xəbərlər
29 İyun 2024 14:54
85
Argentinalı dünya çempionuna QADAĞA

Argentina millisinin qolkiperi Emilyano Martinez Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, buna onun formasını geyindiyi “Aston Villa” icazə verməyib.

İngilislət Martinezin avqustun 17-də start götürəcək Premyer Liqadan öncə komandaya qoşulmasını istəyir. Əgər Emilyano Paris-2024-də iştirak etsə, o, çempionata cəmi 8 gün qalmış klubuna qoşulacaq. Bu isə Unay Emerinin komandasını qane etmir.

Qeyd edək ki, Martinez 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

İdman.biz

Məqalədə: