"Neftçi"nin yeni mövsüm forması - FOTO

Xəbərlər
29 İyun 2024 18:45
197
"Neftçi"nin yeni mövsüm forması - FOTO

"Neftçi" 2024/25-ci illər mövsümü üçün yeni formaları təqdim edib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Paylaşımda ev oyunları üçün nəzərdə tutulmuş yeni idman geyiminin klubun 1976-1977-ci illərə aid retro formasından ilhamlanaraq hazırlandığı bildirilib. Ağ köynək və qara şortdan ibarət formanın istehsalçı firma tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edildiyi qeyd olunub.

Qeyd edək ki, "Neftçi" 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasını 5-ci pillədə başa vurub.

İdman.biz