Orxan Məmmədovdan paylaşım - FOTO

Xəbərlər
29 İyun 2024 23:29
94
Orxan Məmmədovdan paylaşım - FOTO

"Zirə" klubunun İdarə Heyətinin sədri Orxan Məmmədov komandaya Avropa Liqasında uğurlar arzulayıb.

İdman.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Paytaxt klubunun rəhbəri "Zirə"nin Boluda keçirilən hazırlığı ilə yaxından maraqlanıb. O, paylaşımda komandanın "Şerif"lə görüşlərdə azarkeşləri sevindirəcəyinə inandığını bildirib.

Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasında ilk oyun iyulun 11-də Tiraspolda, cavab görüşü 1 həftə sonra Bakıda olacaq.

İdman.biz