Zubirdən yeni müqavilə ilə bağlı PAYLAŞIM

Xəbərlər
30 İyun 2024 15:17
1 488
Zubirdən yeni müqavilə ilə bağlı PAYLAŞIM

Abdullah Zubir "Qarabağ"la yeni müqavilə imzalaması ilə bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, o, instaqram səhifəsində hər kəsə təşəkkür bildirib.

Paylaşımda deyilib: "Möhtəşəm klubla yenidən yola davam. Hər kəsə təşəkkürümü bildirirəm".

Zubir dünən "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb. Fransalı futbolçu 2018-ci ildən Azərbaycan çempionunun heyətində çıxış edir.

Qeyd edək ki, 32 yaşlı futbolçu karyerası ərzində "Qrenobl", "İstr", "Hibernian", "Petrolul", "Lans" klublarında oynayıb.

İdman.biz