Spalletti qovulmayacaq

Xəbərlər
30 İyun 2024 16:51
405
Spalletti qovulmayacaq

Luçano Spalletti İtaliya yığmasını tərk etməyəcək.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina bildirib.

Qurumun rəhbəri AVRO-2024-də uğursuz çıxış edən "Skaudra Adzurra"nın çalışdırıcısına etimad göstərdiklərini deyib: "Spalettiyə tam güvənirik. Onunla davam edəcəyik. Biz heç yığmanın heyətində böyük turnirlərdə oynamayan futbolçularla Avropa çempionatında qələbəyə iddia etmirdik".

Qeyd edək ki, Spalletti 2023-cü ilin avqustundan İtaliya yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə Avropa çempionatının 1/8 finalında İsveçrəyə uduzub – 0:2.

İdman.biz