“Yuventus”un 50 milyonluq transferi

Xəbərlər
30 İyun 2024 18:19
456
“Yuventus”un 50 milyonluq transferi

“Yuventus” “Aston Villa”dan Duqlas Ruisin keçidini həll edib.

İdman.biz xəbər verir ki, bu transfer Turin klubuna 50 milyon avroya başa gəlib.

26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu il iyunun sonunadək müqavilə imzalanıb. Transfer məbləği 4 il ərzində qarşı tərəfin hesbına köçürüləcək.

Qeyd edək ki, Duqlas 2019-cu ildən “Aston Villa”da çıxış edib. O, 204 oyunda 22 qol vurub və 24 ötürmə edib.

İdman.biz