Rahil Məmmədov toplanışdan kənarda

Xəbərlər
1 İyul 2024 16:23
97
Rahil Məmmədov toplanışdan kənarda

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu LKS klubu bu gün təlim-məşq toplanışına başlayır.

İdman.biz xəbər verir ki, 29 yaşlı müdafiəçi hazırlıq prosesinə start verəcək heyətdə yer almayıb.

Buna onun Polşa klubundakı taleyinin qeyri-müəyyən qalması səbəb olub. Məmmədovun Lodz təmsilçisində qalıb-qaımayacağı hələ dəqiqləşməyib. Rahilin karyerasını harada davam etdirəcəyi yaxın günlərdə müəyyənləşməlidir.

Qeyd edək ki, müdafiəçi 2024-cü ilin əvvəlində “Qarabağ”dan LKS-ə keçib.

İdman.biz

Məqalədə: