Maksim Medvedev: "20 ildir futbol oynayıram, ancaq Nərimanın izləyiciləri məndən çoxdur" - VİDEO

Müsahibə
1 İyul 2024 17:00
2 040
Maksim Medvedev: "20 ildir futbol oynayıram, ancaq Nərimanın izləyiciləri məndən çoxdur" - VİDEO

"Onlar neqativ yanaşmırlar. Sadəcə öz fikirlərini deyirlər".

Bunu "İdman Bizimlə”nin qonağı olan Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev Nəriman Axundzadə ilə bağlı səslənən tənqidlərə münasibət bildirərkən deyib.

O bildirib ki, "Qarabağ"ın gənc oyunçusu ilə bağlı məsələyə neytral yanaşır: "Nərimanla söhbətimiz zamanı o, gileyləndi ki, Vaqif Cavadov mənim haqqımda belə danışıb. Dedim, Nəriman səndən danışıblar deyə sən onu neqativ qəbul edirsən. Ancaq mən neytral bir adam kimi deyə bilərəm ki, Vaqif sadəcə fikirlərini bildirib. Ona bir misal çəkdim. Mən iyirmi ildir futbol oynayıram, beş yüzdən çox oyunum var. Ancaq sən "Braqa"ya önəmli bir qol vurmusan, sosial şəbəkələrdə izləyicilərin məndən çoxdur. Səncə, bu düzgündür, ya yox? Nəriman güldü, cavab vermədi".

Qeyd edək ki, "İdman Bizimlə" verilişində qonaq olan sabiq futbolçu Vaqif Cavadov Nəriman Axundzadəni parlaq futbolçu hesab etmədiyini bildirib.

Aytac Sahəd
İdman.biz